“Lamborghini Urus” sınaqdan keçirildi — VİDEO

İtaliyanın məşhur brendi "Lamborghini" şirkəti yeni Urus modelinin sınaq yürüşlərini keçirib.

Şirkət tərəfindən bu model "super-SUV" adlandırılıb.

Modelin adı italyan dilindən tərcümədə ibtidai vəhşi öküz mənasına gəlir. İtalyan modeli almanların "Volkswagen MLBevo" modelinin bazasında yığılıb. Kapotun altına 4 litr həcmli, biturbo V8 mühərriki yerləşdirilib.

Sınaq yürüşləri sübut edib ki, Urus döngələrdə və düz yollarda bütün rəqiblərini üstələyir. Bu gün "Urus" dünyanın ən sürətli SUV modeli sayılır.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31