Afina Ankaranın yardımından imtina etdi
25 İyul 2018 16:54 DünyaAfinadakı meşə yanğınlarıyla bağlı Türkiyənin təklif etdiyi yardımdan Yunanıstan imtina edib.
Bu barədə məlumatı "Haber7" yayıb. Türkiyə tərəfdən yardımın Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu tərəfindən iki dəfə təklif edildiyi bildirilib. Çavuşoğlu yardım üçün hətta şəxsən Yunanıstan XİN rəhbəri Nikos Kociasa da zəng edib. Lakin Kotzias yardımı qəbul etməyib və tezliklə yağışların yağacağını bildirib.
Qeyd edək ki, Afinadakı meşə yanğınları nəticəsində indiyə qədər 80 nəfər həlak olub, 187 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31