Türkiyədə həbsdə olan amerikalı rahib ev dustağı edildi

Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Branson ev dustaqlığına buraxılıb.

Rahibə Türkiyə hüdudlarından kənara çıxmaq qadağan edilib.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış etmişdi. Amerkalı lider "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandıraraq, onu azad etməyə çağırmışdı.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31