Güclü leysan yağışları Sudana ciddi ziyan vurub
25 İyul 2018 16:19 DünyaSudanda iki gündür davam edən güclü yağış həyatı iflic edib.
Güclü yağışların aramsız yağması nəticəsində baş verən sel üç nəfərin həyatına son qoyub, üç nəfər isə itkin düşüb. Sel, həmçinin 2500 evə, müəssisələrə və bazarlara ciddi ziyan vurub.
Səhiyyə naziri Yusif Rebih Məkki jurnalistlərə müsahibəsində bildirib ki, fəlakətin nəticələrini aradan qaldırmaq üçün müvafiq təşkilatlar tərəfindən tədbirlər görülür, insanların qida ehtiyacının təmini məqsədilə təcili yardım dəstələri yaradılıb, bölgəyə tibbi ləvazimat və dərman göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31