Tramp AB ilə İranın taleyini müəyyən edir

ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə İranı da müzakirə edəcək.

Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Hoqan Qidli deyib.

"İran davranışını dəyişməli, terrorizmin sponsorluğundan əl çəkməlidir. O, daima bizim ölkəni və regionda olan yeganə müttəfiqimiz İsraili təhdid edir. Əminəm ki, İran Avropa Birliyi ilə müzakirə mövzusu olacaq", - deyə o bildirib.

Qeyd edək ki, Yunker ABŞ-a bu gün səfər edəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31