Türkman dağı savaşı başlayır: Son damla qana qədər…
25 İyul 2018 15:34 DünyaƏsəd rejimi və dəstəkçiləri Suriyanın Latakiya mahalı ərazisindəki gərginliyi azaltma bölgəsi sərhədləri daxilində yerləşən Türkman dağına hücuma hazırlaşır.
Bu barədə "Anadolu" agentliyi suriyalı müxaliflərə yaxın mənbələrə istinadən informasiya yayıb.
Məlumata görə, rejim qüvvələri bölgədə kəşfiyyat fəaliyyətini artırıb, müxaliflərin mövqelərinin müəyyən edilməsi üçün ərazi top atəşinə tutulub. Bundan əlavə, Əsədin bölgəyə çox sayda əlavə qüvvə cəlb etdiyi qeyd olunur.
Qeyd edək ki, Türkman dağında məskunlaşan müxaliflər də dağın müdafiəsi üçün son damla qanlarına qədər vuruşacaqlarını açıqlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31