Evlərini 3 qadına kirayə verdilər: yataq otağında gördüklərindən ŞOK OLDULAR

Hollandiyanın paytaxtı Amsterdamda tətilə yollanarkən evlərini kirayə verən bir cütlük qayıtdıqlarında "sürpriz"lə qarşılaşıblar.

Tətil boyunca evlərinin 3 fahişə tərəfindən istifadə edildiyi ortaya çıxıb.

Tətil xərclərinin bir hissəsini ev kirayəsi ilə qarşılayan cütlük Amsterdama qayıtdıqlarında evi bir az dağınıq halda təhvil alıblar. Xüsusən yataq otağındakı və divan üzərindəki bəyaz ləkələrin nə olduğunu anlaya bilməyiblər.

O məqamda qapını döyən polisin anlatdıqları qarşısında cütlük şok olub.

Polis cütlüyün tətildə olduqları müddətdə evin fahişələr tərəfindən seks üçün istifadə edildiyini bildirib.

Amsterdamın yerli telekanalı "AT5"ə danışan cütlük "Buranı artıq evimiz kimi hiss etmirik" deyib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31