Putinin yeni oyuncağı Fransanı xəritədən silə bilər
25 İyul 2018 15:24 DünyaRusiya "yenilməz" adlandırılan RS-28 Sarmat nüvə silahının testlərinə başlayıb.
Yeni nəsil raket dünyanın bütün nöqtələrini vura biləcək mənzilə, həmçinin Fransa böyüklüyündə ərazini xəritədən silə biləcək gücə sahibdir.
RS-28 Sarmat raketlərinin hər biri 750 kiloqram olmaqla 15-20 sursat daşıya bilir.
Raket ilk dəfə bu ilin mart ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31