Aİ Türkiyəyə 400 milyon avro ayırdı - Qaçqınların təhsili üçün

Avropa İttifaqı Türkiyəyə 400 milyon avro pul ayırıb.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vinterştayn Brüsseldə deyib.

Rəsmi nümayəndə qeyd edib ki, bu vəsait Türkiyədəki suriyalı qaçqınların təhsili üçün ayrılıb.

A.Vinterştayn deyib ki, bu, Türkiyəyə suriyalı qaçqınlar üçün ayrılacaq 3 milyard avro üzrə razılaşmanın ilk ödənişidir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31