Ərdoğan: “ABŞ-ın bizdən istədiyi müstəqillik anlayışımıza ziddir”

"İrandan qaz almasaq, mənim ölkəmi kim isidəcək?".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

"Sanksiyalarla bağlı əvvəlcə bunu bilmək lazımdır: ABŞ necə bir strateji müttəfiqdir ki, bizim dünyada başqa ortaqlarımızla əlaqələrimizin kəsilməsini istəyir. Bu, bizim müstəqillik anlayışımıza ziddir. İrandan qaz almasaq ölkəmi kim isidəcək? İran həm qonşumuz, həm də strateji müttəfiqimizdir. Biz bunları Barak Obama hakimiyyətində də ABŞ-a açıq-aşkar söyləmişik", -deyə R.T.Ərdoğan vurğulayıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31