Yanğın paytaxt Afinaya yaxınlaşır
25 İyul 2018 15:06 DünyaYunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb.
Afinadan 40 km aralıda yerləşən Mati bölgəsində başlayan yanğın zamanı ərazini tərk edə bilməyənlər evində, avtomobilində tüstüdən boğularaq ölüb, küçələrdəki maşınlar külə dönüb.
Bildirilir ki, dəniz sərhədçiləri yerli çimərliklərdən 700-dən çox insanı təxliyyə ediblər. Nəzarətdən çıxan yanğının hansı səbəbdən başladığı bilinmir. Rəsmi Afina artıq başqa ölkələrdən yardım istəyir. Ölkədə 3 günlük matəm elan olunub.
Qeyd edək ki, ilkin məlumatlara görə, yanğın 74 nəfərin ölümünə, 160-dan çoxunun xəsarət almasına səbəb olub.
BBC yanğının dəhşətini əks etdirən fotoları yayıb:



"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31