Ərdoğan: "Bunu Putinlə yenidən müzakirə edəcəyik"
25 İyul 2018 14:31 DünyaKeçirilən görüşlər hələ ki, istənilən istiqamətdə inkişaf etmir. İstənilən istiqamətdə olan yerlər Afrin və Cerablusdur.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 26-da Cənubi Afrika Respublikasında BRİKS zirvəsində rusiyalı həmkarı ilə nəzərdə tutulan görüşü barədə danışarkən deyib.
"Görüş zamanı bu məsələlər A-dan Z-yə təkrar müzakirə olunacaq. Tel-Rıfat barəsində də bir sıra görüşlər keçirilib. Dara mövzusu da var. Ən problemli məsələlərdən biri İdlib məsələsidir ki, bu barədə də yenidən danışılacaq. Bu bölgədə hər zaman hər şey ola bilər. Biz istəyirik ki, Suriya xalqı amansız hücumlardan müdafiə oluna bilsin", - Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31