Yunkerdən Trampla görüş öncəsi bədbin açıqlama

ABŞ Prezidenti Donald Trampla görüşlə bağlı optimist deyiləm.

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının sədri Jan Klod Yunker deyib.

"Bir daha açıq şəkildə bəyan edirik ki, ABŞ-a düşmən deyilik. Bizim unudulmaması gərəkən ümumi keçmişimiz var. Mən görüşlə bağlı həddən artıq optimist deyiləm. Əgər Tramp Avropada istehsal edilən avtomobillərə əlavə rüsumlar tətbiq etsə, biz cavab verəcəyik", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31