Türkiyədən Ermənistana keçən 5 nəfər saxlanıldı

Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədini pozan 5 nəfəri saxlayıb.

Rusiya sərhədçiləri sərhəd dəstəsinin Artaşat məntəqəsindən Ermənistanın ərazisinə qanunsuz keçməyə cəhd edən 5 Əfqanıstan vətəndaşını aşkar edib.

Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır. 





AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31