Banqladeşdə torpaq sürüşməsi nəticəsində 4 uşaq ölüb
25 İyul 2018 13:58 DünyaBanqladeşin cənub-şərqində yerləşən Koks Bazar dairəsində baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.
Ölənlərdən 4-ü uşaqdı.
Ölən uşaqlar eyni ailədən olan 6-15 yaş arası qardaş və bacılarıdır. Onların valideynləri isə xəsarət alıblar.
Məlumata görə, bölgədə bir neçə gündür fasiləsiz yağan leysan yağışları torpaq sürüşmələrinə səbəb olub.
Tibbi yardım agentliyi 600 mindən çox qaçqın Rohinca müsəlmanlarının yaşadığı Koks Bazarda sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31