Respublikaçılar Partiyası Vladimir Putinin ABŞ-a səfər etməsinin əleyhinədir
25 İyul 2018 13:55 DünyaHakim Respublikaçılar Partiyasının ABŞ Senatındakı lideri Mitç Makkonnel Rusiya prezidenti Vladimir Putinin Vaşinqtona səfərinin xoş qarşılanmayacağını bildirib.
M.Makkonnel həmçinin Moskvaya ABŞ-da keçiriləcək gələcək seçkilərə müdaxilə etməmək məsələsində xəbərdarlıq edib.
Xatırladaq ki, iyulun 16-da Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş olub. görüş zamanı ABŞ lideri rusiyalı həmkarını Vaşinqtona səfərə dəvət edib. İlkin məlumatlara görə, səfər payıza planlaşdırılır. V.Putinlə sammitdən sonra D.Tramp ABŞ-ın hakim Respublikaçılar və müxalif Demokratlar Partiyasının tənqidi ilə üzləşib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31