Avropa İttifaqı Yunanıstanda meşə yanğınlarında ölənlərin xatirəsinə matəm elan edib
25 İyul 2018 13:52 DünyaAvropa İttifaqı Yunanıstanda baş verən meşə yanğınlarında çoxlu sayda insanın ölməsinə görə matəm elan edib.
Avropa təşkilatlarının iqamətgahları önündə bayraqlar endirilib.
Avropa Parlamenti də bənzər qərar qəbul edib.
Qeyd edək ki, Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb, daha 187 nəfər, o cümlədən 23 uşaq xəsarət alıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31