Yerevanda partlayış olub, üç nəfər yaralanıb

Bu gün səhər saatlarında Ermənistan paytaxtı Yerevanda partlayış olub.

Hadisə nəticəsində üç nəfər yaralanıb.

İki nəfəri xilasedici tibb mərkəzinə çatdırıb, digər zərərçəkəni isə vətəndaşlar xəstəxanaya aparıblar.

Partlayış şüşə istehsalı sexində baş verib. Nəticədə 70 kvadratmetr sahədə olan müəssisənin divarları qismən dağılıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31