Klinikalar Salvador səfirini qəbul etmədi, diplomat vəfat etdi

Salvadorun Boliviyadakı səfiri Maddeline Vanessa Brisuela Arevalo bir neçə klinikanın onu qəbul etməkdən imtina etməsindən sonra ölüb.

Səfir tibbi yardım üçün 7 klinikaya müraciət etsə də, onlar yerlərinin olmadığını səbəb gətirərək onu qəbul etmək istəməyib.

Sonda səfiri Frans Tamayo Universiteti nəzdindəki klinikaya qəbul ediblər. Klinikadan verilən məlumata görə, səfir tibb müəssisəsinə qəbul edilərkən artıq vəziyyəti ağır olub və nəticədə o, dünyasını dəyişib.

Boliviya Xarici İşlər Nazirliyi M.Arelevonu ölümündən sonra Xilasedici Simon Bolivar ordeni ilə təltif edib. Mərasimdə Boliviya prezidenti Evo Morales iştirak edib və o, səfirin vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31