İvanişvili Gürcüstan prezidenti olur
25 İyul 2018 12:48 DünyaGürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Gürcüstan prezidentliyinə namizəd ola bilər.
Bu barədə məlumatı "Birinci kanal"a müsahibəsində İvanişvilinin özü deyib.
"Zurab Abaşidze, Sozar Subari, David Sergeyenko, Teya Çulukiani və mənim namizədliyim müzakirə edilir. Bizim birinci turda qalib gələcək çoxlu namizədimiz var.
Avropaya çoxpartiyalılıq xoş gəlir. Təəssüf ki, iqtisadiyyatımız qədər siyasi elitamız da yoxsuldur. Heç kimdə illüziya yaranmasın ki, Gürcü Arzusu hər şeyi sona qədər idarə edəcək", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31