Trampdan şok təklif: "Avropa bu savaşı bitirmək istəyirsə…"

Avropa Birliyi və ABŞ eyni anda ticarət rüsumlarından imtina etməlidir.

Bu sözləri Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

"Avropa Birliyi Vaşinqtona ticarət razılaşması barədə danışıqlar üçün gəlir. Mənim onlar üçün ideyam var. Həm ABŞ, həm AB bütün rüsumlardan, baryerlərdən, subsidiyalardan eyni anda imtina edirlər. Bunu sonda ədalətli ticarət, azad bazar adlandıra bilərik. Ümid edirəm ki, onlar bununla razılaşacaqlar. Biz hazırıq, onlar yox", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Vaşinqtona gələcək.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31