Kərkükün ərəb əhalisi Türkiyəni gözləyir

İraqın Kərkük vilayətində yaşayan ərəblər İŞİD terror qruplaşmasından azad edilən bölgənin infrastrukturunun bərpası üçün Türkiyədən dəstək gözlədiklərini açıqlayıb.

Bu barədə "Anadolu" agentliyinə Kərkükün Ərəb Məclisinin üzvü Hətəm ət-Tayi danışıb.

"İnşaat və təmir sahəsində uğurlu işlər görən qonşu Türkiyənin dağıdılan bölgələrimizdə inkişafa dəstək verməsini və investisiya qoymasını gözləyirik", - Ərəb Məclisi üzvü bildirib.

Bölgənin İŞİD-dən azad edilməsindən 10 aydan çox keçməsinə baxmayaraq, hələ də insanların evlərinə qayıtmadığını bildirən ət-Tayi əhalinin çadır düşərgələrində çətin şərtlərdə yaşamağa məcbur olduğunu qeyd edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31