Otaq bitkiləri nəzarət edəcək
25 İyul 2018 12:37 DünyaABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyini izləmək üçün otaq bitkilərindən istifadə etməyi təklif edirlər. Onların fikrincə, modifikasiya olunmuş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilərlər.
Bitkilər havada olan zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilirlər. Bu, meduzadan əldə edilən xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.
Yeni yaradılan bitki növləri radon kimi təhlükəli maddələrə və havada olan insan sağlamlığı üçün təhlükəli birləşmələrə reaksiya verə biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31