Putindən Paşinyana ilk “sürpriz”: Siyasi qərar verildi
25 İyul 2018 12:11 DünyaRusiya Ermənistan üçün qazın qiymətinin qaldırılması barədə siyasi qərar qəbul edib.
Bu barədə məlumatı "Qraparak" qəzeti yayıb. Bu qərarın cari ilin sonunda Ermənistanla hazırkı razılaşma bitdikdən sonra reallaşdırılacağı bildirilib.
"Rus ekspertlərdən biri bizə dedi ki, Moskva bu qərarın Avrasiya İttifaqı çərçivəsində tərəfdaşı olan İrəvana qarşı dost olmayan yanaşma kimi qəbul edilməməsi üçün Belarus üçün də qiymətləri qaldıracaq. Sonradan Minsk üçün bu qiymət endirilsə də, İrəvan üçün əvvəlki vəziyyətdə saxlanılacaq. Belə ki, Rusiya təkcə yeni hökumətə güvənmir, həm də bir sıra məsələlərlə bağlı Ermənistandan Moskvaya gələn yüksək vəzifəli qonaqları məlumatlandırmaq belə istəmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31