Bir anda varlandı: yarım milyard uddu

ABŞ-ın Kaliforniya bölgəsində lotereya bileti alan şəxs 522 milyon dollar məbləğində uduşun sahibi olub.

Bu barədə CNBC informasiya yayıb.

Məlumata görə, mükafat sahibinin biletindəki bütün rəqəmlər uduşlu 6 rəqəmlə eyni olub.

Uduşun məbləği lotereyanı təşkil edən "Meqa Millions"un tarixində həcminə görə 5-cidir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31