Pakistanda seçkilər qana boyandı: 25 ölü, 40 yaralı

Pakistanın Ketta bölgəsində dəhşətli partlayış baş verib.

Partlayış seçki günü səsvermə məntəqəsi yaxınlığında törədilib. Nəticədə 25 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Xatırladaq ki, bu gün Pakistanda parlament və əyalət məclisinin üzvlərini müəyyənləşdirmək məqsədilə seçkilər keçirilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31