"Hannover" aeroportu işini dayandırdı - istiyə görə

Hannover Beynəlxalq Hava Limanı uçuş-enmə zolağında yaranan problemlərə görə işini dayandırıb.

Havanın anomal isti keçməsindən zolaqda zədələr yaranıb. Təmir işləri ilə eyni zamanda cənub zolaq da bağlıdır: "Aeroport ən azı çərşənbə günü 06:00-dək bağlı olacaq".

Hannover aeroportu Almaniyanın əhəmiyyətinə görə 9-cu hava limanıdır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31