ABŞ Qətərdəki hərbi bazanı genişləndirir

ABŞ Qətərdə yerləşən və Yaxın Şərq regionunda ən böyük hərbi bazası olan "Əl-Udeyd" bazasının genişləndirilməsinə başlayıb.

Bunu Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Əqtiyyə bəyan edib. 
Bazada artıq əlavə yaşayış və əməliyyat korpuslarının təntənəli təməlqoyma mərasimi keçirilib.

Hazırda Qətərlə ABŞ ikitərəfli münasibətlərdə "yol xəritəsi"nin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq edirlər. Məqsəd "Əl-Udeyd"in ABŞ-ın daimi hərbi bazaları siyahısına daxil olunmasıdır. 

Hazırda sözügedən bazada 10 mindən artıq ABŞ əsgəri cəmlənib. Həmçinin İŞİD terror təşkilatı ilə mübarizə aparan beynəlxalq koalisiya hərbçiləri də burada yerləşiblər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31