Rusiyada telejurnalist qətlə yetirilib
25 İyul 2018 11:23 DünyaRusiyanın Nijnı Novqorod şəhərində televiziya jurnalisti Denis Suvorovqətlə yetirilib.
O, "Nijni Novqorod" teleşirkətinin əməkdaşı olub.
İstintaq Komitəsi İdarəsinin məlumatında bildirilir ki, 27 yaşlı Suvorovun zorakılıq əlamətləri olan cəsədi çayın sahilində tapılıb.
Ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.
Denis Suvorov bir neçə verilişin aparıcısı olmaqla yanaşı radioteatrın tamaşalarını səsləndirib və redaktor kimi fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31