Erməni əsgər hərbçi yoldaşını güllələdi

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşı tərəfindən öldürülüb. 

Bununla bağlı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Hadisə iyulun 24-də baş verib. Döyüş mövqeyində yerləşən hərbi hissələrdən birində Ermənistan ordusunun əsgəri Jora Petrosyan üzündən ölümcül güllə yarası alıb. 

Məlumata görə, Petrosyan əsgər yoldaşının odlu silahdan istifadə qaydalarını pozması nəticəsində yaralanıb. 

Faktla bağlı cinayət işi başlanıb. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31