Lavrov və Qerasimov Makronla Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov Fransa Prezidenti Emmanuel Makronla görüşdə Suriyada siyasi prosesləri müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, tərəflər həmçinin münaqişədən sonra qaçqınların öz yerlərinə dərhal köçürülməsinin vacibliyinə diqqət çəkiblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31