Yunanıstanda ölü sayı 60-a çatdı, 3 günlük yas elan edildi

Yunanıstanda davam edən meşə yanğınlarında ölənlərin sayı 60 nəfərə çatıb.

Yaralıların sayının 156 nəfər olduğu bildirilir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ölkədə 3 günlük yas elan edilib. 

Qeyd edək ki, ölü sayının artacağı təxmin edilir. Yanğın bölgələrinə çox sayda yanğınsöndürən və xilasetmə qrupu cəlb edilib. 

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31