Avropa Komissiyası elektronika sahəsindəki 4 aparıcı şirkəti cərimələyib
24 İyul 2018 17:53 DünyaAvropa Komissiyası elektronika istehsalçısı olan 4 şirkəti - "Asus", "Denon & Marantz", "Philips" və "Pioneer" şirkətlərini Avropa İttifaqının antiinhisarçılıq qanunvericiliyinə zidd olaraq tərəfdaş internet mağazalarında minimum pərakəndə qiymətlər təyin etdiklərinə görə cərimələyib.
Avropa Komissiyasının press-relizində cərimənin ümumi məbləğinin 111 milyon avrodan çox olduğu vurğulanıb.
"Bu dörd şirkətin atdığı addımlar nəticəsində milyonlarla avropalı istehlakçı mətbəx texnikası, fenlər, noutbuklar, qulaqcıqlar və digər məhsullar üçün daha yüksək qiymətlər ödəyiblər", - Avropa Komissiyasının rəqabət məsələləri üzrə üzvü Marqrete Vestager bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31