Ərdoğanla Putin arasında görüş olacaq
24 İyul 2018 17:50 DünyaCənubi Afrika Respublikasının paytaxtı İohannesburqda keçiriləcək "BRİCS" sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçsı Vladimir Putin arasında görüş olacaq.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, R.T.Ərdoğanla V.Putin Suriyadakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, zirvə toplantısı iyulun 26-da keçiriləcək. "BRİCS" formatına Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31