"Rusiya İrəvanda mövqelərini itirib" – Gevorkyan

Rusiya postsovet məkanında, xüsusilə də Ermənistanda mövqelərini itirib.

Bunu İrəvanda jurnalistlərə açıqlamasında rusiyalı şərqşünas Gevorkyan deyib.

"Heç bir ciddi Rusiya media resursu yoxdur ki, Ermənistanda cəmiyyətlə çalışsın. Rusiya belə bir işlə məşğul olmur. Zamanında Rusiyadakı dövlət orqanlarını Ermənistanda sosial qiyamın başlayacağı ilə bağlı xəbərdar edirdim", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31