Yaponiyada istidən ölənlərin sayı 77 nəfərə çatdı

Yaponiyada müşahidə edilən kəskin istilər səbəbilə dünyasını dəyişənlərin sayı 77 nəfərə çatıb.

9 iyuldan bəri davam edən istilər səbəbilə 30 mindən çox şəxs xəstəxanaya müraciət edib. Yaponiya Meteorologiya İdarəsi isti havanı təbii fəlakət elan edib.

Qeyd edək ki, Kuqayamada ölkənin bu günə qədərki ən isti hava şəraiti müşahidə edilib. Ərazidə temperatur 41,1 dərəcəyə çatıb.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31