Tramp:"İran ABŞ-ı təhdid etməyə davam etsə, əziyyət çəkəcək"
24 İyul 2018 16:25 Dünyaİran ABŞ-ı təhdid etməyə davam edərsə, bunun nəticəsindən əziyyət çəkəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
D.Tramp "Twitter" səhifəsində yazıb: "İran Prezidenti Həsən Ruhani, ABŞ-ı bir daha təhdid etməyin, yoxsa bunun nəticəsindən elə əziyyət çəkəcəksiniz ki, bütün tarixiniz boyu beləsini görməmisiniz. Biz artıq sizin sərsəm sözlərinizə dözəcək ölkə deyilik. Ehtiyatlı olun!".
Xatırladaq ki, bundan əvvəl H.Ruhani D.Trampı odla oynamamağa çağırmışdı.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31