Türkiyədən sonra Moskva da hərəkətə keçdi
24 İyul 2018 16:19 DünyaRusiya Prezidenti Vladimir Putin Yunanıstan Prezidenti Prokopis Pavlopulos və Baş nazir Aleksis Çiprasa teleqram göndərərək, meşə yanğınlarının söndürülməsində yardım göstərməyə hazır olduqlarını bildirib.
Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Putin yunan həmkarlarına baş vermiş hadisənin faciəli nəticələrinə görə başsağlığı verib, yunan xalqının dərdinə şərik olduqlarını bildirib.
Xatırladaq ki, Afina yaxınlığında baş verən meşə yanğını nəticəsində 60 nəfər həlak olub, 160-a yaxın insan xəsarət alıb.
Türkiyə yanğının söndürülməsi üçün Afinaya yardım etməyə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31