"Son-Tin" qasırğası 27 nəfərin canını aldı

Vyetnamda "Son-Tin" qasırğasının fəsadları artmaqda davam edir.

Güclü yağışla müşayiət olunan qasırğanın yaratdığı torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 27-ə çatıb. Daha 26 nəfərin müxtəlif xəsarətlər aldığı, 7 nəfərin isə itkin düşdüyü bildirilir.

Tropik qasırğa nəticəsində onlarla ev dağılıb, çaylarda, su hövzələrində suyun səviyyəsi artıb. 80 mindən hektardan çox düyü sahələrinin məhv olduğu qeyd edilir. Yollar dağılıb, elektrik enerjisi şəbəkəsinə ziyan dəyib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31