NASA Yupiterin yeni fotosunu yaydı

NASA Yupiter planetindəki nəhəng buludların fotosunu ilk dəfə yayımlayıb.

Fotolar buludlardan 6.200 km uzaqlıqda olan "Juno" kosmik aparatı tərəfindən lentə alınıb.

NASA bildirir ki, alimlər uzun müddətdir ki, kəməri yaradan qıvrımların nə qədər dərin olduğunu və bu qədər mürəkkəb bir strukturu necə yaratdığını anlamağa çalışırlar. Yeni məlumatlara əsasən, buludlar atmosferin 3 min kilometr dərinliyinə girib.

2011-ci ilin 5 avqust tarixində kosmosa göndərilən "Juno" 2016-cı ildə Yupiterin orbitinə daxil olub.

"Ölkə.Az"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31