Kabildə binaya raket düşüb, 3 nəfər xəsarət alıb

Əfqanıstan paytaxtı Kabilin mərkəzində yerləşən binaya raket düşüb.

Əfqanıstan paytaxtı Kabilin mərkəzində yerləşən binaya raket düşüb.

Hadisə nəticəsində üç nəfər - iki uşaq və bir qadın xəsarət alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, Kabilin mərkəzində üç partlayış olub. Polis raketin Kabilin Əfşar rayonunda binaya düşdüyünü təsdiqləyib.

Binaya yalnız bir mərmi düşüb, digər iki raket yamaca düşüb.

Qeyd edək ki, Əfşar rayonunda Əfqanıstan Polis Akademiyasının binası yerləşir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31