PKK-dan türk ordusuna hücum: Əməliyyat başladıldı
24 İyul 2018 14:33 DünyaTürkiyənin Şırnak bölgəsinin Güclüqonaq mahalında PKK terrorçuları axtarış-yoxlama fəaliyyətini icra edən təhlükəsizlik qüvvələrinə hücum edib.
Hücum nəticəsində türk ordusunda xidmət aparan bir çavuş yaralanıb. Yaralı hərbçi helikopterlə xəstəxanaya çatdırılıb.
Təhlükəsizlik orqanlarının cavab atəşi ilə bölgədə şiddətli atışma başlayıb. Bölgəyə helikopterlər vasitəsilə əlavə qüvvələr cəlb olunub. Qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31