Kələmin içindən narkotik çıxdı

Van Muradiyə Jandarma Komandanlığı bir avtobus şirkətinin səfərlərini alınan məlumata əsasən izləməyə başlayıb. İki həftəlik  təhqiqat nəticəsində avtobusların yoxlanması üçün qərar verilib .

Muradiyə rayonun çıxışındaki Alparslan postunda səfər edən avtobusda axtarış aparılıb. Nəticədə kələmlərin içində gizlədilən 15 kiloqram heroin narkotik maddə tapılıb. Yükün sahibi həbs edilib. Cinayətdə təqsirləndirilən digər şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış tədbirlərinə start verilib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31