Eramızdan əvvəl V -IV əsrlərə aid türk əsgərinin qəbri tapılıb
24 İyul 2018 14:14 DünyaQırğızıstanın İsıkgul rayonunda Kungey Ala Too dağlarının Kırçın dərəsindəki bir kurqanda aparılan arxeoloji qazıntı zamanı V -IV əsrlərə aid olan əsgər məzarı tapılıb. Məzarın bir hərbçiyə aid olması burada üzə çıxan çoxlu sayda qılınc, nizə və ox uclarından, at yəhərlərindən bəlli olur. Qəbrin kurqan şəklində olması və tapılan silah nümunələrindən əsgərin bölgədə yaşayan türk tayfalarının mənsubu olduğunu deməyə imkan verir. Bu tapıntı bir daha hələ eramızan əvvəl V-IV əsrlərdə bölgədə yaşayan türklərin yüksək mədəniyyətə və sənətkarlığa sahib olduqlarının isbatı olaraq çıxış edir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31