11 İran əsgəri öldürüldü

Ötən gün İranın şimal qərbindəki Merivan bölgəsində İran silahlı birləşmələri ilə PKK-nın İran qanadı olan PJAK dəstələri arasında çıxan silahlı qarşıdurma nəticəsində 11 İran hərbiçisi həlak olub. Olaydan sonra İran silahlı quvvələri bölgəni havadan və qurudan saatlarca bombalayıblar. SEPAH İslam İnqlabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif intiqamın dəhşətli olacağını bəyan edib. PJAK üzvləri İraq ərazisinə qaçıb. Qeyd edək ki, ötən il İran rəsmiləri PJAK-ın İranda kökünün kəsilsiyini bəyan etmişdilər.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31