Adnan Oktarın “kedicik”lərinin yatağından pul çıxdı

Adnan Oktarın evində yaşayan "kedicik"lərinin çarpayılarının altında pul dəstələri aşkar edilib.

Pulun məbləği 20-40 min lirə olub (7-15 min manat).

Məlum olub ki, qızlar pulu qaçmaq üçün yığıblar. Pullar isə onlara Adnan Oktar tərəfindən verilib. Polis basqını zamanı Adnan Oktarından çantasından 40 min lirə (15 min manat) və külli miqdarda xarici valyuta ələ keçirilib.

Polis əməliyyatı zamanı Sarıyer səmtində həbs edilən "kedicik" Didem Ürerin də çantasında 40 min lirə və külli miqdarda xarici valyuta olub.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31