Qiyamçı hərəkat Putinə məktub göndərdi

Yəməndə fəaliyyət göstərən "Husi" qiyamçı hərəkatı Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Bu barədə  hərəkatın rəsmi informasiya agentliyi "SƏBA" məlumat yayıb. Bildirilir ki, "Husi"lərin Ali Siyası Şurasının sədri Mehdi əl-Məşəd rus liderdən Yəməndəki hərbi münaqişənin həlli üçün yardım istəyib. 

Onun sözlərinə görə, ABŞ konfliktin böyüməsində maraqlıdır və qərb ölkələri Yəməndə xaosun miqyasını genişləndirməyə çalışırlar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31