Ermənistan Apellyasiya Məhkəməsinin hakimi, 37 yaşlı Sergey Marabyanın evi qarət olunub.
Bu barədə polis məlumat yayıb.
Qarətçilər hakimin Yerevanda olan mənzilinin qapısını sındıraraq, evə daxil olublar. Oğrular evdən qızıl-gümüş zinyət əşyaları, bir neçə min dollar aparıblar.
Hadisə ilə bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31