Bolqarıstan Yunanıstana 50 yanğınsöndürən maşın təklif edib

Bolqarıstan Yunanıstana meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır.

Bunu Bolqarıstanın Baş naziri Boyko Borisov yunanıstanlı həmkarı Aleksis Tsiprasla telefon danışığı zamanı deyib.

B.Borisov bildirib ki, Sofiya Afinaya 50 yanğınsöndürən və iki xüsusi maşın vermək niyyətindədir.

A.Tsipras yardım təklifinə görə minnətdarlığını bildirib və ehtiyac anında bu təklifdən yararlanacaqlarını vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, paytaxt Afina yaxınlığında meşə yanğınları zamanı ölənlərin sayı 50-yə çatıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31