Paşinyan silahlı qruplaşmanı partiyaya çevirir
24 İyul 2018 12:31 Dünya2016-cı ildə Ermənistandakı polis bölmələrindən birinə silahlı basqın edən qruplaşmanın liderləri Jirayr Səfilyan və Varujan Avetisyan yeni partiyanın yaradılması haqqında qərar qəbul ediblər.
Partiyanın Sasna Çrer qruplaşması və Təsisçi Parlament təşkilatının üzvlərindən ibarət olacağı bildirilib. Qruplaşma bununla ölkənin siyasi həyatında daha aktiv rol oynamaq istədiyini bildirib.
Qeyd edək ki, Sasna Çrer silahlı qruplaşmasının üzvləri Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra azadlığa buraxılmağa başlayıblar. Qruplaşmanın əsas üzvləri azadlığa çıxdıqdan sonra Paşinyana dəstək nümayiş etdirdiklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31